Türkiyə iki ölkə ilə hərbi gücünü birləşdirir – Ərdoğan imzalayırbackend

Türkiyə iki ölkə ilə hərbi gücünü birləşdirir – Ərdoğan imzalayır

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında yeni hərbi əməkdaşlıq formatının yaradılması planlaşdırılır.

KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “TRT Haber” telekanalı məlumat yayıb.

Xəbərdə qeyd edilib ki, müvafiq saziş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri çərçivəsində imzalana bilər:

“Razılaşmanın əsas məqsədi üç ölkənin Yaxın Şərqdə və digər regionlarda yaranan böhranlara qarşı birgə fəaliyyət göstərməsi və müdafiə sahəsində koordinasiyanın gücləndirilməsidir.

Yeni əməkdaşlıq formatında Pakistanın iştirakı xüsusi diqqət çəkir. Buna səbəb İslamabadın nüvə silahına sahib olan yeganə müsəlman ölkəsi olmasıdır”.

Gözlənilən sazişin üç ölkə arasında hərbi, təhlükəsizlik və strateji sahələrdə əlaqələri daha da genişləndirəcəyi qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*