Mövqeyimizdə yumşalma yoxdur və S-400-ləri təhvil vermədiyi müddətcə Türkiyə “Patriot” almayacaq.
KONKRET.az xəbər verir ki, bu sözləri Pentaqon sözçüsü Conatan Hoffman deyib.
“Nazir Esperin bu mövzu ilə bağlı fikri konkretdir. Türkiyə S-400-ləri vermədikcə, “Patriot”ları ala bilməz”, – deyə Hoffman bildirib.
Qeyd edək ki, Türkiyə ilə ABŞ arasındakı münasibətlərdə böhrana səbəb olan ən son məsələ Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı olub. Türkiyə məhz 2019-cu il iyulun ortalarında bu hərbi maşını tədarük etməyə başlayıb. Ona görə də Vaşinqton sazişdən imtina etməklə bunun müqabilində Amerikanın Patriot sistemlərini əldə etməyin mümkünülüyünü bildirsə də, Ankara güzəşt etməkdən imtina edib.
