“Türkiyə ordusunun gəlməsi Dağlıq Qarabağda güc balansını Azərbaycanın xeyrinə təmin edəcək” – Tural Abbaslıbackend

“Türkiyə ordusunun gəlməsi Dağlıq Qarabağda güc balansını Azərbaycanın xeyrinə təmin edəcək” - Tural Abbaslı

“Türkiyə ordusunun gəlməsi Dağlıq Qarabağda güc balansını Azərbaycanın xeyirinə təmin edəcək”.

Bunu KONKRET.az-a açıqlamasında Ağ Partiyasının sədri Tural Abbaslı bildirib.

Partiya sədri bildirib ki, Rusiya ordusu nə qədər sülhməramlı olsa da, daha çox ermənilər onları özlərinin hüquqlarının təminedicisi kimi qəbul edirlər. Türkiyə ordusu gəldikdən sonra bu balans saxlanılacaq. Ən azı sülhməramlılar birtərəfli mövqedə dayanacaq. Ermənilər Ağdamdan, Kəlbəcərdən, Laçından çıxmamaq üçün bir neçə gündür ki, dirəniş göstərir. Hətta ermənilərin Kəlbəcərdən çıxmasının yubanmasının da səbəbi orada bəzi erməni silahlı qüvvələrinin yollarda süni əngəllər və tıxaclar yaratmasıdır. Eyni zamanda məlumatlar gəlir ki, bəzi terrorçu quruplaşmaların rəhbərləri imzalanan bəyanatı tanımadıqlarını və əməl etməyəcəklərini söyləyirlər”.

Tural Abbaslı bildirib ki, ermənilərə qrafik verilib: “Qrafik də əvvəldən bəlli idi. Tək Kəlbəcərdən çıxmaqları üçün onlara verilən vaxt 10 gün uzadılıb. Ermənilər hətta qrafikdən imtina etsələr belə Azərbaycan hərbi əməliyyatlara başlaya bilər. Çünki burada qrafik çox önəmlidir. Azərbaycanın əsas şərtlərindən biri o qrafik idi. O qrafik də razılaşdırılıb. Əgər ermənilər yaxın zamanda ərazilərimizdən çıxmasa, kimsə bizə zəmanət verə bilməz ki, razılaşmanın digər bəndlərinə də əməl ediləcək. Ermənilər torpaqlarımızdan çıxmasa və sülhməramlılar da bunu təmin etməsə, bu o deməkdir ki, digər bəndlərin də həyata keçirilməsi təmin edilməyəcək. Bu baxımdan, belə olacağı təqdirdə Azərbaycan istənilən zaman hərbi əməliyyatlara başlayaraq ərazi bütövlüyünü öz ordusunun gücü ilə bərpa edə bilər. Beynəlxalq hüquq da bu səlahiyyəti bizə verir. Biz də bu hüququmuzdan imtina etməmişik”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*