Türkiyə ordusunun iki əsgəri şəhid olubbackend

Türkiyə ordusunun iki əsgəri şəhid olub

Türkiyə ordusunun iki əsgəri şəhid olub.

KONKRET.az APA-nın Türkiyə bürosuna istinadən xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi Türkiyə və ABŞ arasında əldə edilən razılaşmaya uyğun olaraq oktyabrın 20-də Suriyanın şimalında Tel-Abyad bölgəsində YPG/PKK terrorçularının bölgədən çıxması ilə əlaqədar müşahidə aparan zaman hərbçilərə tankdan atəş açıldığı barədə məlumat yayıb.

Nəticədə bir hərbçi şəhid olub, bir hərbçi yaralanıb.

Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində isə PKK terrorçularının açdığı atəş nəticəsində bir əsgər ağır yaralanıb. Həkimlərin səyinə baxmayaraq, əsgər şəhid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*