Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyi xalqımızı Laçının azad olunması münasibətilə təbrik edib.
KONKRET.az xəbər verir ki, səfirliyin “Twitter” səhifəsində yayımlanan təbrikdə deyilir:
“Laçının qurtulması və Azərbaycan torpaqlarına yenidən qatılması münasibətilə ürəkdən təbriklərimizi paylaşırıq. Qarabağ Azərbaycandır!”
