Türkiyə səfirliyinin əməkdaşının oğlu küçədə öldürüldübackend

Türkiyə səfirliyinin əməkdaşının oğlu küçədə öldürüldü

Türkiyənin Vaşinqtondakı səfirliyində çalışan əməkdaşının 28 yaşlı oğlu oğurlanıb və güllələnib.

KONKRET.az xəbər verir ki, Kaan Dəmir dəhşətli hücumun qurbanı olub.

Bazar günü sevgilisini Vaşinqtonun şimal-qərbindəki Takoma bölgəsindəki evinə buraxan Dəmir maşınına qayıdarkən hücuma məruz qalıb. Küçədə baş verən hadisədə Dəmirin oğurlandığı bildirilib. Dəmirin qardaşı Eren Dəmir hadisə ilə bağlı “Washington Post” qəzetinə danışıb.

Dəmir qardaşının güllələnərək öldürüldüyünü, atalarının Türkiyə səfirliyində sürücü işlədiyini bildirib.

Hadisə ilə bağlı araşdırma başlanıb. Dəmirin cansız bədəni səkidə tapılıb. Polis maskalı iki təcavüzkarın tünd rəngli avtomobillə qaçdığını açıqlayıb.

Dəmir qardaşının İT sektorunda çalışdığını deyib. Səfirlik məsələ ilə bağlı Washington Post qəzetinə açıqlama verməyib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*