Türkiyənin Ukrayna ərazisində qalan 2 təyyarəsi təhlükəsiz uçuş şəraiti olana qədər orada qalacaq.
KONKRET.az-ın xəbərinə görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
Onun sözlərinə görə, bu barədə həm Ukrayna, həm də Rusiya tərəfi ilə razılıq əldə olunub. Nazir içində fevralın 23-də humanitar yardım aparan 2 türk təyyarəsi Ukraynaya uçub. Müharibə başlayandan sonra Ukraynanın hava məkanı bağlandığı üçün təyyarələr geri qayıda bilməyib.
