Türkiyə Xarici İşlər Nazirliyi Qazaxıstandakı etirazlarla bağlı BƏYANAT YAYDIbackend

Türkiyə Xarici İşlər Nazirliyi Qazaxıstandakı etirazlarla bağlı BƏYANAT YAYDI

“Biz Qazaxıstanda 2-3 yanvar 2022-ci il tarixlərində başlayan və bu səhər hökumətin istefası ilə nəticələnən etirazları diqqətlə izləyirik”.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir:

“Biz dost Qazaxıstanın sabitliyinə böyük əhəmiyyət veririk. Arzumuz qardaş qazax xalqının sülhü, əmin-amanlığıdır. Biz Qazaxıstan rəhbərliyinin bu böhrandan çıxacağına qəti inanırıq. Biz Qazaxıstan xalqının sağlam düşüncəsinə güvənirik və hər şeyin tez bir zamanda sakitləşməsini arzulayırıq. Hadisələr nəticəsində xəsarət alan qazax qardaşlarımıza, o cümlədən təhlükəsizlik qüvvələrinə şəfa diləyirik” – deyə bəyanatda vurğulanıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*