Türkiyə XİN İsveçin bu hərəkətini PİSLƏDİbackend

Türkiyə XİN İsveçin bu hərəkətini PİSLƏDİ

Türkiyə Xarici İşlər Nazirliyi İsveçin paytaxtı Stokholmda Qurani-Kərimin təhqir olunmasını pisləyib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

“Biz bu gün, iyulun 20-də Stokholmdakı İraq səfirliyi qarşısında Qurana qarşı törədilən iyrənc hücumu qəti şəkildə pisləyirik”, – deyə Türkiyə XİN bildirib.

Bildirilib ki, Türkiyə islamofobiya, ksenofobiya, irqçilik və ayrı-seçkiliklə mübarizə sahəsində bu cür hücumların baş verdiyi ölkələrlə birlikdə işləməyə hazırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*