15 noyabr 2025-ci il, saat 21:29-da Egey Dənizində, Çanakkalə sahillərinin açıq ərazilərində 4 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ yerin 8,33 kilometr dərinliyində baş verib.
KONKRET.az xəbər verir ki, hadisə Çanakkalə ilə yanaşı, Balıkesir, Manisa, İzmir və Tekirdağda da hiss edilib.
Təcili Fövqəladə Hallar İdarəsi (AFAD) tərəfindən verilən məlumatlara görə, zəlzələ nəticəsində ciddi dağıntı və ya xəsarət barədə hələ xəbər yoxdur.
Rəsmi qurumlar sakinlərə sakit olmalarını və təhlükəsizlik qaydalarına əməl etmələrini tövsiyə edir.
