Türkiyə yığmasının futbolçusu zədələndibackend

Türkiyə yığmasının futbolçusu zədələndi

Rusiya MOİK-inin futbolçusu Yusuf Yazıcı Türkiyə yığmasının düşərgəsində zədələnib.

KONKRET.az-ın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi yüngül xəsarət alması səbəbindən son məşqə qatılmayıb.

Hazırda “ay-ulduzlular” İtaliya yığması ilə martın 29-da keçirəcəkləri yoldaşlıq görüşünə hazırlaşır.

Qeyd edək ki, müqavilə ilə Fransa “Lill”inə məxsus Yusuf Yazıcı MOİK-də icarə əsasənda forma geyinir. O, Türkiyə millisində 39 matçda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*