Xəbər verdiyimiz kimi, Türkiyə 14 may seçkilərinə hazırlaşır. Seçkilərdə tanınmış şəxslər də deputatlığa namizəd olub.
KONKRET.az parlament seçkilərində namizəd olan həmin məşhurları təqdim edir:
İbrahim Tatlısəs
Məlumata görə, məşhur müğənni hakim Ədalət və İnkişaf Partiyasından (Şanlıurfa) deputatlığa namizəd olub.
Göhkan Zan
Keçmiş futbolçu Gökhan Zan İYİ Partiyadan (Hatay) namizəd olub.
Ünal Karaman
“Trabzonspor”un əfsanəvi futbolçularından biri, baş məşqçi Ünal Karaman İYİ Partiyadan (Konya) deputatlığa namizədliyini irəli sürüb.
Onur Akın
Onur Akın mayın 14-də keçiriləcək seçkilərdə Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkilliyinə namizəd olub. O, seçki dairəsi üçün İzmir, İstanbul və Muğla vilayətlərini seçib.
Mehmet Aslantuğ
Türkiyə İşçi Partiyasının (TİP) sədri Erkan Baş aktyor Mehmet Aslantuğun partiyasından deputatlığa namizəd olduğunu açıqlayıb.
Sevinc Paşayeva,
KONKRET.az