Türkiyənin İzmir şəhərində baş vermiş yanğın nəticəsində üç azyaşlı həlak olub.
KONKRET.az Haber Global-a istinadən xəbər verir ki, hadisə zamanı uşaqların valideynləri evdə olmayıb.
Yanğın nəticəsində həlak olan uşaqlardan birinin üç, əkiz olan digər ikisinin isə iki yaşları olub.
