Türkiyədə ən çox mənzil alanlar arasında ruslar ərəbləri qabaqladıbackend

Türkiyədə ən çox mənzil alanlar arasında ruslar ərəbləri qabaqladı

2019-cu ilin nəticələrinə görə, ruslar Türkiyədəki ən aktiv əmlak alıcıları siyahısında ilk üçlüyünə daxil olublar.

KONKRET.az-ın Rusiya bürosu xəbər verir ki, mütəxəssislər bu artımı ev alarkən vətəndaşlıq almağı asanlaşdıran yeni qaydalarla əlaqələndirir.

Türkiyə Statistika Təşkilatına görə, 2019-cu ildə Rusiya vətəndaşları 2018-ci ildəkindən 26 faiz daha çox mənzil alıblar. Bununla da ruslar əcnəbilər arasında üçüncü yeri tutublar.

Göründüyü kimi 2.2 min alqı-satqı ilə ruslar dördüncü yerə çıxan Səudiyyə Ərəbistanı vətəndaşlarını qabaqlayıb. Türk daşınmaz əmlak alış sayında lider İraq və İran vətəndaşları olaraq qalır:

Ümumiyyətlə, Türkiyədəki mənzil ehtiyacı həm yerli əhali, həm də xarici vətəndaşlar nəzərə alınmaqla il ərzində təxminən 2 faiz azalaraq 1,3 milyon əməliyyat təşkil edib. Ancaq 2019-cu ildə tələb artıb. Belə ki, başqa dövlətlərin vətəndaşları bir il əvvələ nisbətən Türkiyədə təxminən 15% daha çox ev və mənzil alıb: 40 minə qarşı 46 min.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*