Malatyanın Battalqazi rayonunda 5,6 bal gücündə zəlzələ baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Təcili Yardım İdarəsi (AFAD) məlumat yayıb.
AFAD-ın məlumatına görə, zəlzələnin episentri Battalqazi olaraq elan edilib və zəlzələ Diyarbəkir, Qaziantep, Kahramanmaraş, Hatay və Adana kimi ətraf vilayətlərdə də hiss edilib. Zəlzələdən sonra vətəndaşlar qısamüddətli panika yaşayıb və bir çox insan evlərindən çölə çıxıb.
Kandilli Rəsədxanası zəlzələnin dərinliyini 4,4 kilometr olaraq ölçüb.
