Türkiyənin keçmiş nəqliyyat naziri Arif Ahmet Denizolqunun şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində onun həkimi olduğu bildirilən N.D. “yalan ifadə vermə” ittihamı ilə saxlanılıb.
KONKRET.az bu barədə “Haber Global” telekanalına istinadən xəbər verir.
O, Bakırköy Prokurorluğu tərəfindən həyata keçirilən araşdırmalar çərçivəsində saxlanılıb.
Daha əvvəl iş üzrə şahid qismində ifadə verən N.D. polis bölməsindəki prosedurlar başa çatdıqdan sonra sabah hakim qarşısına çıxarılacaq.
Xatırladaq ki, Arif Ahmet Denizolqun 6 sentyabr 2016-cı ildə vəfat edib. Ölümündən sonra hadisənin təbii səbəblərdən baş verdiyinə dair qiymətləndirmələrlə yanaşı, illər ərzində ölümünün şübhəli olduğuna dair iddialar da ortaya atılıb.
