Türkiyədə koronavirusdan rekord ölümbackend

Türkiyədə koronavirusdan rekord ölüm

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 188 nəfər vəfat edib. Bu, Türkiyədə COVID-19-dan ölənlər üzrə ən yüksək rəqəmdir.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir qeyd edib ki, son 24 saatda 176 656 nəfər koronavirus testindən keçib, 6514 xəstənin COVID-19 testi pozitiv çıxıb, ümumilikdə isə simptomları müəyyən edilməyən xəstələrlə birlikdə 31 219 nəfər COVID şübhəlisi olaraq qeydiyyata alınıb.

Qeyd edək ki, Türkiyədə bu günədək 500 865 nəfər koronavirusa yoluxub, onlardan 13 746 nəfəri həyatını itirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*