Türkiyədə MOSSAD-ın 33 casusu saxlanıldıbackend

Türkiyədə MOSSAD-ın 33 casusu saxlanıldı

Türkiyə polisi İsrailin kəşfiyyat xidməti MOSSAD-a işləməkdə ittiham olunan 33 nəfəri saxlayıb.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan araşdırmalar çərçivəsində MOSSAD-ın Türkiyədə yaşayan əcnəbi vətəndaşlara qarşı hücum və qaçırma planlarının olduğu aşkarlanıb.

Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya əməliyyatda 57 ünvanın yoxlanıldığını, qərargahın İstanbulda yerləşdiyini vurğulayıb. Saxlanılanlar əsasən əcnəbi vətəndaşları izləyirmişlər. Əməliyyat nəticəsində xeyli miqdarda avro və dollar, habelə qanunsuz fəaliyyətləri təsdiqləyən silah, sursat və kompüter faylları ələ keçirilib.

Ümumilikdə 8 əyalət olmaqla, 57 ünvanda əməliyyat keçirilib. 13 şübhəli şəxsin axtarışları isə davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*