Türkiyədə Şuşa bəyannaməsi müzakirə olundubackend

Türkiyədə Şuşa bəyannaməsi müzakirə olundu

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov Tükiyənin vitse-prezidenti Fuat Oktayla görüşüb.

KONKRET.az xəbər verir ki, bu barədə səfirlikdən bildirilib.

Görüş zamanı Azərbaycan və Türkiyə arasında iqtisadi, kommersiya, texnologiya və digər sahələrdə mövcud əməkdaşlıq və yeni imkanlar müzakirə edilib.

Bundan əlavə, Şuşa bəyannaməsindən sonra ikitərəfli münasibətlərin ən yüksək səviyyəyə çatdığı vurğulanıb.

Tərəflər, həmçinin Azərbaycan-Türkiyə Birgə İqtisadi Komissiyasının fəaliyyəti və həyata keçirilməsi nəzərdə tutulan işləri nəzərdən keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*