Türkiyədə Ümummilli lider Heydər Əliyevə həsr olunan sənədli film nümayiş olundu – FOTObackend

Türkiyədə Ümummilli lider Heydər Əliyevə həsr olunan sənədli film nümayiş olundu - FOTO

Türkiyədə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbirlər davam etməkdədir.

KONKRET.az xəbər verir ki, Kütahya Dumlupınar Universitetində Universitet rəhbərliyi və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyevi anma mərasimi baş tutub. Mərasimdə Universitetin rektoru professor Kazım Uysal və Səfilriyin birinci katibi Elxan Zeynalov çıxış edərək Heydər Əliyevin Azərbaycan və Türk dünyası üçün əhəmiyyətini vurğulayıb. Daha sonra Heydər Əliyevlə bağlı sənədli film nümayiş etdirilib.

Tədbirin təşkil olunduğu universitetin foyesində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi təşkil olunub.

Ankara şəhərində yerləşən Heydər Əliyev adına orta məktəbdə də Səfirliyin dəstəyi və iştirakı ilə keçirilən tədbirdə Ulu Öndər anılıb.

Məktəbin foyesində Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən fotosərgi nümayiş etdirilib, şagirdlər Heydər Əliyevə həsr olunmuş şeir və inşalarını səsləndirib.

Azərbaycan musiqilərinin səsləndirildiyi tədbirin sonunda məktəbin şagirdləri arasında keçirilmiş şeir, rəsm və inşa müsabiqəsinin qalibləri təltif edilib.

Adanada yerləşən Heydər Əliyev adına məktəbdə Səfirliyin yaxından iştirakı ilə anım tədbiri təşkil olunub.  Məktəb rəhbərliyi və Səfirlik nümayəndəsi çıxış edərək, Heydər Əliyevin ömür yolu, zəngin siyasi fəaliyyəti və Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındakı əvəzsiz rolu barədə şagirdlərə məlumat veriblər.

Tədbirin sonunda məktəb şagirdlərinin fəal iştirak etdiyi, Heydər Əliyevə həsr olunmuş rəsm, şeir və inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Bir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 4 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir bunu deyən yazı "Acil Çıkış H ORTAOKULU HAYDARALİYE TÜBİTAK 4006 İLİM FUARI Ω0 ۱۰ HAYDAR ALI TÜBİTAK 4006 EV ORTAOKULU BİLİM FUARI REDMI NOTE 9S AI QUAD CAMERA" şəkili ola bilər

Bir 15 nəfər, ayaqüstə duran insanlar və mətn şəkili ola bilər

Bir 8 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir şəxs, uşaq, ayaqda və içəridə şəkili ola bilər

Bir 1 nəfər və bunu deyən yazı "TÜBİTAK 4006 FUARI REDMI NOTE 9S AI QUAD CAMERA" şəkili ola bilər

Bir 6 nəfər, ayaqüstə duran insanlar və bunu deyən yazı "M REDMI NOTE 9S AI QUAD CAMERA" şəkili ola bilər

Bir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*