Türkiyədə yol qəzasında 6 nəfər öldü, 5 nəfər yaralandıbackend

Türkiyədə yol qəzasında 6 nəfər öldü, 5 nəfər yaralandı

Türkiyənin cənub-şərqindəki Mardin vilayətinin Midyat qəsəbəsində mikroavtobusun aşması nəticəsində azı 6 nəfər ölüb, 5 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

Yerli səlahiyyətlilər valilik işçilərini və yerli universitetin tələbələrini daşıyan mikroavtobusun Midyat-Ömərli magistral yolunda aşdığını bildirib. Qəzanın səbəbləri araşdırılır.

Yaralılar yerli xəstəxanalara çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*