Aralıq dənizinin İtaliya sahillərində iki gəminin batması nəticəsində azı 66 nəfər itkin düşüb, 11 nəfər ölüb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, axtarışlara cəlb olunan Almaniyadan olan xilasedicilər artıq batmaqda olan taxta qayıqdan 51 nəfəri xilas edib.
Batan qayıqlardan birini beynəlxalq sularda Fransa gəmisi aşkar edib. Ehtimallara görə, yelkənli gəmi Türkiyə limanından gəlirmiş.
İtaliya mətbuatında yer alan xəbərlərə görə, gəmidəkilər İran, İraq, Suriya və Əfqanıstandan olan miqrantlar imiş.
Orxan
KONKRET.az
