Türkiyəli yazıçı və pedaqoq Alev Alatlı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, Alatlının ölüm xəbərini səhiyyə naziri Fəxrəddin Koca açıqlayıb.
“Alev Alatlı intellektual və sənət həyatımızın böyük adlarından biri idi. Çoxlu mükafatlar almışdı, Xüsusilə 2014-cü ildə ədəbiyyat üzrə Prezidentin Mədəniyyət və İncəsənət Böyük Mükafatını. Hamımıza başsağlığı verirəm”, – deyə Koca bildirib.
