“Türkiyəlilər suya qənaət etməsə, vəziyyət pisləşəcək”backend

"Türkiyəlilər suya qənaət etməsə, vəziyyət pisləşəcək"

Türkiyənin kənd təsərrüfatı naziri İbrahim Yumaklı ölkə vətəndaşlarından quraqlıq səbəbindən suya qənaət etməyi xahiş edib.

KONKRET.az xəbər verir ki, bu barədə o, CNN Türk-ə müsahibəsində bildirib.

“Biz vətəndaşlarımızın suya qarşı daha diqqətli və həssas olmasını gözləyirik. Su yoxdursa, həyat da yoxdur. Bunu hər zaman düşünmıliyik. Çünki bu, həyatımızın bir hissəsidir”.

Qeyd edək ki, avqust Türkiyədə son 33 ilin ən quraq ayı olub. Ölkənin əhəmiyyətli hissəsi quraqlıq səbəbindən fövqəladə zonaya daxil olub.

Oktyabrda da bildirilmişdi ki, İstanbulu təmin edən su anbarlarında su ehtiyatı apreldə 48,5 faizdən 20,6 faizə düşüb. Qeyd olunub ki, bu həcm cəmi 57 günə kifayət edəcək. Hətta o zaman deyirdilər ki, quraqlıq davam edərsə, vəziyyət kritikləşə bilər.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*