Türkiyənin müdafiə nazirliyi Suriya hökumət ordusu ilə İdlibdə toqquşmalar zamanı dörd türk hərbçisinin şəhid olduğunu bəyan edib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin NTV telekanalı yayıb.
Döyüşdə daha doqquz hərbçinin yaralandığı bildirilir.
Rəsmi Ankara hesab edir ki, ilk atəşi Suriya ordusu açıb.
Yaralılardan birinin vəziyyətinin ağır olduğu deyilir.
Türkiyə Prezident Administrasiyasının əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun bildirib ki, Ankara bu hadisə ilə bağlı izahat verməyi tələb edəcək.
Babək Göyüş
KONKRET.az
