Türkiyə Milli Təhlükəsizlik Təşkilatı (MİT) tərəfindən izlənilən “Kahraman Aydın” və “Rojvan Van” kimi ləqəblər daşıyan PKK/YPG terror təşkilatlarının aparıcı şəxslərindən olan terrorçu Mehmet Aydın Suriyanın Haseke şəhərinin Derbesiyə rayonunda məhv edilib.
KONKRET.az xəbər verir ki, silahlı terror təşkilatına üzv olmaqda ittiham edilərək barəsində axtarış verilmiş Mehmet Aydının yeri MİT tərəfindən təsbit edilib və o, dəqiq atəşlə zərərsizləşdirilib.
Bildirilir ki, 2005-ci ildən terror təşkilatına qoşulan Mehmet Aydın bir sıra ağır cinayətlərdə, o cümlədən terror aktlarının təşkilində, eləcə də dinc əhalini təhdid etməkdə təqsirli bilinirdi.
