Tutanxamonun sandığının içindəkilər alimləri təəccübləndirdi -VİDEObackend

Tutanxamonun sandığının içindəkilər alimləri təəccübləndirdi -VİDEO

Alimlər Tutanxamonun sərdabəsində illərlə saxlanılan sandığı açdıqdan sonra gözlənilməz halla rastalşıblar.

Fironlar vadisi Nil çayının qərb sahilində yerləşir, bu vadidə Misirin tarixində hakimlik etmiş 63 fironun, o cümlədən, II Ramzesin, III Ramzesin, I Setinin və başqalarının sərdabələri cəm olub.

Tutanxamonun sərdabəsində illərlə saxlanılan sandıq

KONKRET.az bildirir ki, eramızdan əvvəl 132-ci ildə dünyasını dəyişmiş Tutanxamonun sərdabəsi bu vadidədir. Fironun günümüzə qədər yaxşı vəziyyətdə qalmış mumiyası yerləşən sərdabə 1922-ci ildə tarixçi Hovard Karter və arxeoloq lord Corc Karnarvon tərəfindən kəşf olunub.

Sandığın üzərində Tutanxamonun gerbi

Sərdabə bir neçə dəfə yerli əhali tərəfindən talan olunsa da, arxeoloqlar üçün maraqlı tarixi artefaktlarla zəngin olub. Hazırda alimlər Qahirə muzeyində təşkil olunacaq sərgiyə hazırlaşırlar. Nümayiş olunacaq eksponatalar arasında sərdabədən tapılmış sandıq xüsusi maraq doğrurdu.

Sandığın qapağının açılması

Aparılmış tədqiqatlar nəticəsində məlum olub ki, sandıq Tutanxamona məxsus olub, daha doğrusu onun həyat yoldaşına. Sandığın içindəkilərə gəlincə, bu yerdə alimlər gözlənilməz halla rastlaşıblar – illərlə bağlı qalan sandığın içindən heç nə çıxmayıb.

Alimlərin təəccübü…

Amma mütəxəssislərin sözlərinə görə, onlar təzə kəsilmiş ağac və qətran iyini aşkar hiss ediblər. Sandıq boş olsa da, dəyərli tarixi artefakt kimi qarşıdakı sərgidə layiqli yerini alacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*