ABŞ məhkəməsi “Tvitter” sosial şəbəkəsini cərimələyib.
KONKRET.az xəbər verir ki, buna səbəb sosial şəbəkənin keçmiş Prezident Donald Trampın istintaqını gecikdirməsinə səbəb olmasıdır.
Trampla bağlı təhqiqat aparan prokuror yanvar ayında keçmiş prezidentin “Tvitter” hesabında axtarış qərarı verib.
Lakin sosial şəbəkə onun həyata keçirilməsini gecikdirib.
ABŞ-nin Kolumbiya Dairəsinin Apellyasiya Məhkəməsi “Tvitter”in bu hərəkətini hörmətsizlik hesab edən qərar qəbul edib.
Nəticədə “Tvitter” 350 milyon dollar cərimələnib.//Qafqazinfo
