Ukrayna Rusiya əsirliyində olan daha 45 hərbi qulluqçunu ölkəyə geri qaytarıb.
KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak açıqlayıb.
Onun sözlərinə görə, geri qaytarılan hərbçilər əsgər və çavuşlardır. Bununla yanaşı, iki ukraynalı hərbçinin cəsədi də Ukraynaya təhvil verilib.
Rusiya tərəfi isə əsir mübadiləsi barədə hələ ki açıqlama yaymayıb.
