Ukrayna əhalisi 2030-cu ilə kimi 24 milyon nəfərə qədər azala bilər.
KONKRET.az xəbər verir ki, müvafiq məlumatları Ukraynanın “Vesti” nəşri təqdim edib.
Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun rəhbəri Ella Libanovanın sözlərinə görə, 2030-cu ildə Ukraynada 24-32 milyon insan yaşayacaq.
O qeyd edib ki, 2023-cü ildə ölkədə doğum səviyyəsi kəskin azalacaq, ölüm isə çox yüksək olacaq. Buna təkcə döyüş deyil, həm də stress və pis qidalanma səbəb olacaq.
Libanova bildirib ki, ölkəni tərk edən ukraynalılar geri qayıtmayacaqlar. Və gələcəkdə daha beş milyona yaxın insan ölkəni tərk edə bilər. Bu problemlər ölkədə əhalinin qocalması böhranını qaçılmaz edəcək.
İqbal Rzayev,
KONKRET.az
