Ukrayna Müdafiə Nazirliyi Xersonun nəzarətə alındığını ELAN ETDİ – FOTObackend

Ukrayna Müdafiə Nazirliyi Xersonun nəzarətə alındığını ELAN ETDİ - FOTO

Ukrayna Müdafiə Nazirliyi Xersonun nəzarət altına alındığını elan edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna MN məlumat yayıb.

Bundan əlavə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi şəhərdə qalan rus hərbçilərinə müraciət edib.

“Gözlənildiyi kimi, Rusiya ordusunun əsas qoşun dəstəsi Ukrayna Xersonundan geri çəkildikdən sonra komandanlığınız sizi taleyin mərhəmətinə buraxdı.

Komandirləriniz sizi mülki geyimə keçməyə və təkbaşına Xersondan qaçmağa çağırır. Aydındır ki, bacarmayacaqsınız.

Rus işğalçılarının geri çəkilmə yolları Ukrayna ordusunun atəşi altındadır. Ukrayna Silahlı Qüvvələrinə qarşı hər hansı cəhdlər dayandırılacaq. Müqavimət göstərən hər bir rus əsgəri məhv ediləcək.

Ölümdən qaçmaq üçün yeganə şansınız var – dərhal təslim olun, – müraciətdə deyilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*