Ukrayna ordusu Belarusla sərhəddə yerləşən Pripyat şəhərini işğalçılardan azad edib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Desant-hucum Qoşunları Komandanlığı məlumat yayıb.
“Desant-hucum Qoşunlarının bölmələri Pripyat şəhərini və Belarusla sərhəd məntəqəsini azad ediblər”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, dünən Ukrayna ordusu Çerniqovdan qərbdə, Belarusla sərhəddən 30 kilometr aralıda yerləşən Mixaylo-Kotsyubinsko kəndini işğaldan azad etmişdi.
