Ukrayna ordusu Severodonetski TƏRK EDİRbackend

Ukrayna ordusu Severodonetski TƏRK EDİR

Ukrayna ordusu Severodonetsk şəhərini tərk edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday cümə günü səhər öz Telegram kanalında yazıb.

“Təəssüf ki, biz ordumuzu Severodonetskdən çıxarmalı olacağıq, çünki ələ keçirilmiş mövqelərdə olmağın mənası yoxdur: ölənlərin sayı artır”, – Qayday qeyd edib.

Qaydayın sözlərinə görə, rusların dörd aydır hər gün bombardman etdiyi Severodonetskdə binaların 90%-i dağılıb və ya zədələnib.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*