“Ukrayna “Patriot”la Rusiyaya zərbələr endirəcək” – AÇIQLAMAbackend

"Ukrayna "Patriot"la Rusiyaya zərbələr endirəcək" - AÇIQLAMA

Ukrayna ordusu “Patriot” sistemlərindən istifadə edərək Rusiya hava məkanına zərbələr endirə bilər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniya-Ukrayna vəziyyət mərkəzinin rəhbəri, Bundesverin general-mayoru Kristian Freudiq deyib.

General-mayor qeyd edib ki, “Patriot” sistemlərinin Xarkov vilayətində istifadə olunacağı istisna deyil: “Bu sistem dəhşətli bombalar ata bilən rus təyyarələri ilə Rusiya ərasizində döyüşmək üçün əla imkandır”.

Onun sözlərinə görə, “Patriot” sistemlərindən istifadəyə görə məsuliyyət yalnız Ukrayna hərbçilərinin üzərinə düşür.

“Onlardan beynəlxalq hüquq çərçivəsində istifadə edilə bilər. Bizdə böyük əminlik var ki, ukraynalılar nəinki buna əməl edəcək, həm də bunu böyük taktiki məharətlə yerinə yetirəcək və uğur qazanacaqlar”, – deyə general vurğulayıb.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*