“Ukrayna Rus ordusunun məhv etdiyi ABŞ silahlarının əvəzini onilliklər boyu ödəyəcək” – Litovkinbackend

“Ukrayna Rus ordusunun məhv etdiyi ABŞ silahlarının əvəzini onilliklər boyu ödəyəcək” - Litovkin

Hərbi ekspert Viktor Litovkin hesab edir ki, borc-icarə proqramı Ukrayna ordusuna kömək etməyəcək. Əksinə bütün ölkəni böyük maliyyə tələsinə sürükləyəcək.

KONKRET.az xəbər verir ki, “İzvestiya” nəşrinə şərhində ekspert bildirib ki, Rusiya Silahlı Qüvvələri Ukraynaya verilən Qərb silahlarını uğurla məhv edir. Ukrayna Silahlı Qüvvələrinə icarəyə verilən Amerika zərbə sistemlərini də eyni aqibət gözləyir.

“Rusiya Silahlı Qüvvələri Odessa, Dnepropetrovsk, Nikolaev və Lvov yaxınlığında ABŞ və Polşa silahları ilə dolu olan anbarları məhv edib. Digərlərini də eyni aqibət gözləyir” – ekspert vurğulayıb.

Eyni zamanda Litovkin ABŞ-ın Ukraynaya göndərilən silahların gələcək aqibəti maraqlanmadığına əminliyini ifadə edib. Pul amerikalılar üçün daha vacibdir. Bu isə o deməkdir ki, Kiyev Rusiya ordusu tərəfindən dağıdılan arsenalın əvəzini onilliklər ərzində ödəməli olacaq.

Xatırladaq ki, bir müddət öncə ABŞ prezidenti Co Bayden “Lend-Lease” müqaviləsinə uyğun olaraq Ukraynaya silah tədarükü haqqında qanun imzalayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*