Ukrayna Rusiyanın 765 milyon dollarlıq aktivinə HƏBS QOYDUbackend

Ukrayna Rusiyanın 765 milyon dollarlıq aktivinə HƏBS QOYDU

Ukrayna Rusiyanın 765 milyon dollar dəyərində aktivini müsadirə edib.

KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.

“Bu gün mən Rusiyanın aktivlərinin müsadirəsi ilə bağlı iclas keçirdim. Rəsmilərin sözlərinə görə, artıq Ukraynada 28 milyard qrivna (765 milyon dollar) dəyərində aktivlərə həbs qoyulub. Bu iş davam edir”, – Zelenski deyib.

Ukrayna Rusiya dövlətinə məxsus 900-dən çox obyekti ələ keçirmək niyyətindədir.

Qeyd edək ki, Ukrayna hökuməti avqustun 5-də Rusiyanın 903 aktivinin müsadirə edilməsi haqqında prezidentin fərmanını təsdiqləyib. Bu, Rusiyadan sanksiyaya məruz qalan fiziki və hüquqi şəxslərin, habelə Rusiya banklarının mülkiyyətidir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*