“Ukrayna Rusiyanı Beynəlxalq Atom Enerjisi Agentliyindən çıxarmaq və ya MAQATE Katibliyindəki vəzifələrindən uzaqlaşdırmaq üzərində işləyir”.
KONKRET.az “Ukrainskaya pravda” nəşrinə istinadən xəbər verir ki, Ukraynanın energetika nazirinin müşaviri Yelena Zerkal belə bir açıqlama ilə çıxış edib.
“İndi biz tərəfdaşlarla Rusiyanı MAQATE-dən çıxarmaq və ya oradakı rolunu azaldaraq, bütün rusları Beynəlxalq Atom Enerjisi Agentliyinin Katibliyində tutduqları əsas vəzifələrdən uzaqlaşdırmaq üzərində çalışırıq” – deyə Yelena Zerkal əlavə edib.
Rəsmi Kiyev hesab edir ki, Ukrayna AES-lərini ələ keçirən rusların yeritdiyi “nüvə terrorizmi” siyasəti bunun üçün danılmaz səbəbdir.
Günel Mikayıl,
KONKRET.az
