Ukrayna səfirliyi Özbəkistandakı həmvətənlərin mədəniyyət mərkəzi ilə əlaqələrini kəsib.
KONKRET.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb. Ukrayna səfirliyi Özbəkistandakı həmvətənlərin mədəniyyət mərkəzi ilə əlaqələrini onun rəhbərliyinin “anti-Ukrayna” mövqeyinə görə kəsdiyini bildirib.
Səfirliyin məlumatına görə, Boyko mərkəzinin sədri dəfələrlə Rusiyanın Krımla bağlı mövqeyini dəstəkləyib və bu il rus diplomatları ilə birlikdə Maslenitsa bayramında iştirak edib.
Xuraman Etibarlı,
KONKRET.az
