UTX “vaqnerçilər”in iki qrupunu məhv edib.
KONKRET.az xəbər verir ki, UTX xüsusi əməliyyatın gedişi və onun nəticələrinin unikal görüntülərini nümayiş etdirib.
Ukrayna Təhlükəsizlik Xidməti Xarkov vilayətində “Vaqner”in iki diversant qrupunu ləğv edib. Təxribatçıların komandiri əsir götürülüb və artıq ifadə verir.
Muzdlu diversantların məhv edilməsi əməliyyatı Xüsusi Əməliyyatlar Mərkəzinin “A” qrupunun xüsusi təyinatlıları tərəfindən həyata keçirilib.
“Düşmən tərəfindən bir nəfər ölüb, daha dördü əsir götürülüb. Onların arasında artıq UTX-yə mühüm kəşfiyyat məlumatları, o cümlədən işğalçılar tərəfindən təşkil edilmiş ukraynalılara işgəncələr barədə məlumat ötürən komandir də var”, -deyə UTX qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az
