Ukrayna tərəfdaş ölkələrə yenidən ÇAĞIRIŞ ETDİbackend

Ukrayna tərəfdaş ölkələrə yenidən ÇAĞIRIŞ ETDİ

Ukrayna tərəfdaşlarını ən qısa zamanda Ukrayna səmasını bağlamağa, habelə hava hücumundan müdafiə və raketlərdən müdafiə sistemləri tədarük etməyə çağırır.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

“Yalnız birgə səylərlə beynəlxalq ədaləti bərpa edə, Avropada sabitlik və təhlükəsizlik üçün təhdidləri sovuşdura bilərik” – deyə bəyanatda vurğulanır.

Rusiyanın hərbi əməliyyatlarının dayandırılaraq Krım da daxil olmaqla Ukraynanın bütün torpaqlarından hərbi qüvvələrini çıxarmasının, müharibə zamanı vurulan ziyanın ödənməsinin vacib olduğu da bildirilir:

“Rusiyaya qarşı tətbiq edilən sanksiyaların daha da artırılması üçün Ukrayna tərəfdaşları ilə çalışmağa davam edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*