Ukrayna və Macarıstan arasında QALMAQAL: Kiyev bu səbəbdən öz səfirini geri çağırdıbackend

Ukrayna və Macarıstan arasında QALMAQAL: Kiyev bu səbəbdən öz səfirini geri çağırdı

Macarıstan hakimiyyəti ilə “Qazprom” arasında imzalanan 15 illik müqaviləyə görə, Ukrayna Xarici İşlər Nazirliyi bu ölkədəki səfiri İştvan İdyartonu geri çağırıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Macarıstanın Kiyevlə ikitərəfli münasibətlərə zərbə vurduğunu söyləyib. Bundan sonra Macarıstandandakı səfiri geri çağırıb.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko rəsmi Kiyevin bu addımla öz prinsipial mövqeyini Macarıstan səfirinə çatdırmaq istədiyini vurğulayıb. Ukrayna hökuməti hesab edir qaz nəqli ölkənin milli təhlükəsizliyinə, o cümlədən də  Avropanın enerji təhlükəsizliyinə xələl gətirir. Eyni zamanda Macarıstanla Qazprom arasındakı razılaşma Ukrayna-Macarıstan əlaqələrinə ciddi zərbə vurur.

Xatırladaq ki, sentyabrın 27-də “Qazprom” Macarıstanın” MVM” enerji qrupu ilə uzunmüddətli müqavilə imzalayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*