“Ukraynada danışıqlar aparacaq heç kim yoxdur, yeni hakimiyyət formalaşdırmaq lazımdır” – Kadırovbackend

"Ukraynada danışıqlar aparacaq heç kim yoxdur, yeni hakimiyyət formalaşdırmaq lazımdır" - Kadırov

“Ukraynada danışıqlar aparacaq heç kim yoxdur, yeni hakimiyyət formalaşdırmaq lazımdır”.

KONKRET.az xəbər verir ki, bu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib. O əmindir ki, Ukraynada danışıqlar aparacaq heç kim yoxdur, yeni hakimiyyəti formalaşdırmağın vaxtıdır.

“Bölgəyə müvəqqəti rəhbər təyin edin, bundan sonra, Çeçenistan Respublikasında olduğu kimi, hakimiyyət qollarını formalaşdırmağa başlayın. Xalqdan nə istədiklərini, necə yaşamağa davam etmək istədiklərini, əsas problemlərinin nədən ibarət olduğunu soruşun. Gedin Rusiya prezidentindən kömək istəyin, əfv diləyin”, – deyə o bildirib.

Onun sözlərinə görə, Ukraynada güc strukturu və danışıqlar aparacaq kimsə yoxdur.

“Mən bu bəyanatları başa düşə bilmirəm. Donetsk və Luqanskdan qoşunların çıxarılmasının zəruriliyi ilə bağlı danışıqlar. Sanki Ukraynada hökumət var. Nə hakimiyyət var, nə prezident, nə ali baş komandan. Orada bandit dəstəsi var, bir vaxtlar Çeçenistanda olduğu kimi. Onları məhv etmək, öldürmək lazımdır”, – deyə Kadırov yekunlaşdırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*