Ukraynada nə qədər rus əsir götürülüb? – AÇIQLAMAbackend

Ukraynada nə qədər rus əsir götürülüb? - AÇIQLAMA

Son 15 gündə Ukraynaya qarşı döyüşən 500-dən çox rus əsgəri əsir götürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” Ukrayna prezidentinin ofisinə istinadən məlumat yayıb.

“Statistika çox çətindir. Çünki birbaşa döyüş toqquşmalarının çoxlu mərkəzləri var və əsirlər bizim müxtəlif bölmələrimizə düşür. İndi bunu tez bir zamanda bir cədvəldə ümumiləşdirmək mümkün deyil. Mövcud hesablamalara görə, hazırda təxminən 500-700 əsir var”, – məlumatda qeyd olunur.

Bir gün əvvəl Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç müharibə zamanı 250-300 rusiyalının əsir götürüldüyünü bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*