Ukraynalı deputat batalyon komandiri ilə evləndibackend

Ukraynalı deputat batalyon komandiri ilə evləndi

Ukrayna Ali Radasında “Xalqın xidmətçiləri”ndən olan xalq deputatı Mariya Mezentseva və “Axilles” 92-ci əlahiddə hücum briqadasının batalyon komandiri Yuri Fedorenko evləniblər.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə deputat mayın 19-da “İnstagram” səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, toy aprelin 24-də baş tutub. Deputat həyat yoldaşı ilə birlikdə olduğu yeddi fotoşəklin altında “Sevgi qalib gələcək” yazıb.

Qeyd edək ki, Mezentseva Ukraynanın Avropa İttifaqına inteqrasiyası komitəsinin sədr müavinidir. O, Ali Radanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndəliyinə rəhbərlik edir.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*