“Ukraynaya çağırışçıları göndərənlər CƏZALANDIRILACAQ” – PESKOVbackend

"Ukraynaya çağırışçıları göndərənlər CƏZALANDIRILACAQ" - PESKOV

Ukraynaya çağırışçıların göndərilməsinə görə məsuliyyət daşıyanlar cəzalandırılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O, Ukraynaya çağırışçıların göndərilməsi faktına görə, günahkarların cəzalanacığını bildirib.

“Putinə çağırışçıların Ukraynadakı əməliyyatlara cəlb edilməsini qəti şəkildə istisna etmək üçün verdiyi tapşırıqların yerinə yetirilməsi barədə məlumat verilib. Materiallar prezidentin adından bu göstərişə əməl etməyən, məsuliyyət daşıyan vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi və  cəzalandırılması üçün Baş Hərbi Prokurorluğa göndərilib”, – deyə Peskov qeyd edib.

Qeyd edək ki, Putin martın 8-də əsgər analarına müraciət edərək, hərbi çağırışçıların Ukraynaya göndərilmədiyini bildirib. Lakin sonradan çağırışçıların döyüşlər də iştirak etdiyi məlum olub.

Xuraman Etibarlı,

KONKRET.az

  • Tahir
    Mart 10, 2022 - 16:11

    Rusiya ali baş komandanının öz ordusunda kimlərin vuruşdugundan belə xəbəri yoxdursa və bundan müharibənin 15-ci günü xəbər tutursa vay rus ordusunun halına. Bu vəziyyətlə də qələbəyə ümid edirsə kül Putlerin təpəsinə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*