Ünvanlı sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ – Qanun dəyişdirilirbackend

Ünvanlı sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ - Qanun dəyişdirilir

Azərbaycanda ünvanlı sosial yardım almaq üçün müraciət etmək prosedurları asanlaşacaq.

KONKRET.az xəbər verir ki, bununla bağlı “Ünvanlı dövlət sosial yardımı” haqqında qanuna dəyişiklik təklif edilir.

Layihəyə əsasən, bundan sonra ünvanlı sosial yardım almaq istəyən vətəndaş barədə heç də bütün məlumatlarla bağlı dəyişikliklərin təqdim edilməsinə zərurət yoxdur.

Yəni, elektron sistemdə olan məlumatlarda dəyişiklik olursa, vətəndaş tərəfindən onun yenidən təqdim olunmasına ehtiyac qalmayacaq.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov saytımıza deyib ki, bununla belə, elektron sistemə daxil olmayan məlumatlarda dəyişiklik olarsa, vətəndaş bununla bağlı müvafiq icra qurumunu məlumatlandırmalıdır.

“Bu cür məlumatlandırmaq üçün isə müddət 5 gündən 15 günədək müəyyənləşdirilir”, – deyə V.Bayramov əlavə edib.

Deputatın sözlərinə görə, layihədə ailə tərkibi ilə bağlı informasiyaların təqdim edilməsi ilə bağlı prosedurların təkmilləşdirilməsi də nəzərdə tutulur.

“Qanuna təklif edilən dəyişikliklər ümumilikdə, ünvanlı sosial yardım proqramının təkmilləşməsinə xidmət edir. Dəyişikliklər aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramına çıxış imkanlarının daha da genişləndirilməsinə nail olmağa hesablanıb”.

Qeyd edək ki, adıçəkilən qanuna dəyişikliklər parlamentin Əmək və sosial siyasət komitəsinin mayın 12-də keçiriləcək iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

  • Qurbanova Mehriban Salman qlzl
    May 11, 2020 - 11:41

    Çox təəsüflər olsun mən heç bir müavinət,pensiya almlram necə yasln? 190 man adlma 20il əvvəl masln olduğunun imtina edildi Bilmirəm kimə müraciət edim Bəhanələrlə məni məhrum etdilər özüm tək qadlnam ehtiyac icindəyəm indi də qlrmlzl ulduz bəhanəsi

  • Gülnar
    May 11, 2020 - 11:52

    Xaiş edirəm mənim səsimə səs verəsiz bilmirəm burda yazanda kim baxır kim baxmır yaşadığım rayonda başçı qəbul eləmir sözümüzü deyək başqası qəbul edir oda deyir hara isdiyisen şikayət elə kimə deyim sözüm beş başçı nə üçündü vetandaşi niyə qəbul etmir meşxullugun müdürü sefaya xanım milete qab ağladı rusfet görə daşkəsəndə veziyet yaxşı deyil hara gedək kimə dərdimizi deyək

  • Şehane
    May 11, 2020 - 11:54

    İsteyirdim sosyal duzeldem vön istediler duzeldin deye duzeltdiy ne xeyri oldu ne sosyal duzelde bildim nede bu 190manatda bu vöne göre duşmedi

  • SEVDA
    May 11, 2020 - 11:59

    QİZİMİN İKİ UŞAĞI VAR YOLDAŞI GÜNƏ MUZD İŞLƏYİR ,HAMI İSTƏR Kİ DAİMİ İŞ YERİ OLSUN İNDİKİ VAXTDA DAİMİ İŞ YERİ TAPMAQ OLMUR QIZINDA EVDAR QADINDI UŞAQLARIN 1 ALTI O BİRİ İKİ YAŞ YARIMDI MƏN NƏ 190 MANAT ALA BİLDİLƏR SMS GƏLMƏDİ DÜŞÜR YA DÜŞMÜR SOSİAL YARDIM ALMAQ ÜÇÜN DEDİLƏR ATA MÜTLƏQ İŞ YERİ OLMALIDI ADAM BAŞINA BÖLƏNDƏ ÇATMAYAN PULU BİZ VERMƏLİYİK HEÇ OLMASA UŞAQ OULU VERMİRLƏR KÖRPƏ UŞAĞI OLANLARA İNDİKİ ZAMANƏDƏ UŞAQ SAXLAMAQ ÇOX ÇƏTİNDİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*