“Ürəyimizi qoruyaq…” – Məşhur həkimdən çağırışbackend

Ürəyimizi qoruyaq…” – Məşhur həkimdən çağırış

“Ürəyimizi qoruyaq, əziz dostlar!”

KONKRET.az xəbər verir ki, bu çağırışla ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, millət vəkili Rəşad Mahmudov çıxış edib.

Hacı Şahin Həsənlinin ürək tutmasından vaxtsız vəfat etməsi haqda sosial şəbəkədə paylaşım edən həkim qeyd edib:

“Uzun illərin peşə təcrübəsinə əsaslanaraq demək istəyirəm ki, ürək ağrısı başqa (sinir, əzələ, mədə vəs.) ağrılardan həm də bir xüsusiyyəti ilə fərqlənir. O da ölüm qorxusu hissidir.

Hacı Şahinin dünən 20.45 radələrindəki paylaşımından bəlli olur ki, onun ürəyi ağrayırmış. Keşkə.., nə isə.., qədər deyək…”

Millət vəkili paylaşımını Hacı Şahinin sitatı ilə bitirib:

“Siz dünyaya gələndə ağlaya-ağlaya doğulursunuz və sizi gülə-gülə qarşılayırlar. Bacarırsınız, elə yaşayın ki, dünyadan köçəndə gülə-gülə gedəsiniz və sizi ağlaya-ağlaya yola salsınlar”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*