İndi qurtardım işimi. Nə qədər varenya, eee, mürəbbə bişirmişəm. Mən bu Azərbaycan kanallarına baxmıram. Dostlar zəng vurub dedi ki, CNN, Reuters, hamısı deyirmiş ki, hava qaralan kimi cum kitchen,mətbəxə yəni..Al vişnədən,ağ gilasdan, işini gör də,ay bacı… Nökər nədir, bekar nədir?
Dayan görüm, dadına baxım,bahalı qazla varenya.. ee mürəbbə necə çıxır?
Sən başın, bunların hansı idi o xəbəri verən? Yerə soxum tupoy basinizi ,Tutubəyim nənənin cəddinə and olsun, mürəbbəmin dadında fərq zad yoxdur .Nə təhər dilxor oldummm.
Tez elə,tez elə. Qazın tarifinin dəyişən vaxtıdır, varenya bişir! Bu da bu… Bu CNN aparıcılarının şəklini paylaşdım ki , ingilis,amerikan xalqını qoyun yerine qoyan bu…..-i tanıyasınız. Hələ bu nədir ki.. Sabah Reuters aparıcılarının şəkillərini paylaşacağam.
Bu it qızlarının əri-zadi yoxdur,uşaqlar da orda- burda dönər yeyir, vsyo…Evdə xörək bişirmək, çay dəmləmək zad yox, gücü veriblər varenyayə..Zalim qızı, böylə varenkə olar? Bazarda meyvə qalmadı ki….
Ümumiyyətlə, həmişə demişəm. Bu Avropadan gic-gic şeylər öyrənməyin.Yox bir jam bişir. Yəni cem… Əncir cəmi məsəlçün.
Deyirəm, görəsən, əncir çıxana qaz bir də bahalaşar? Amma nə yaxşı olardı.. Təsəvvür elə, bahalı qazla bişirilmiş Əncir varenyası..Çaşmadım AAA. Bilə-bilə böyük hərflərlə yazdım , Zarafat döyül eee. Bahalı qazda bişən MÜRƏBBƏ! Əla səslənir.Bir dənə öncə görmə deyim, gedirəm , varenkələri doldurum bankəyə.
Baxarsınız…Kimin qızı anadan oldu ,adını qoyacaq Mürəbbə! Bizdə belədir ki, kasıb itinin adını Gümüş qoyur.
Gümüş, Gümüş…
Boyy, Gümüş nə idi? Ay CNN,ay Reuters…Sizə nə deyim. Gic yerine qoydunuz bizi.Nə nə? Elə öz yerimizdə oturtdunuz?
Sağ ol da səni…
Gülər Mikayılqızı
