Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus dünyada koronavirusdan ölümlərin artdığını açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə ÜST-ün saytında məlumat verilir.
“Artıq ardıcıl yeddi həftədir ki, yoluxmada, son dörd həftədə isə ölümlərdə artım müşahidə etmişik”, – deyə Qebreyesus bildirib.
O, vaksinasiyanın COVID-19 virusu ilə mübarizədə yeganə yol olmadığını söyləyib.
ÜST rəhbəri insanları sosial məsafəni qorumağa, qoruyucu maskalar taxmağa, özünü təcrid etməyə və digər tədbirlərə riyaət etməyə çağırıb.
