“Qarabağ Müdafiə Ordusu dağılmayacaq, ancaq yenidən təşkil ediləcək. Peşəkar bir orduya sürətli keçmək üçün addımlar atılır. Çağırışçıların xidmət müddətlərinin yenidən nəzərdən keçirilməsi və azaldılması məsələsi müzakirə olunur”
KONKRET.az xəbər verir ki, bunu “Armeniya Today”a Vahram Poqasyan bildirib. O, bunu Vitali Balasanyanın Müdafiə Ordusu barədə dediyi fikirləri şərh edərkən söyləyib. Xatırladaq ki, iki gün öncə Balasanyan bildirmişdi ki: “Qarabağın dövlət qurumları hazırda sərhədlərimizi qorumaq məqsədi ilə müqavilə əsasında peşəkar hərbi hissələrin formalaşdırılması ilə məşğuldurlar”.
Lətif,
KONKRET.az
